
Bakıda Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu keçirilib. İki gün davam edən formda müxtəlif mövzularda panel müzakirələr təşkil olunub.
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar və gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş panellərdə dünyada sahibkarlığın artan rolu, bu sahədə yeni trendlər, innovativ inkişaf, startapların maliyyələşdirilməsi, investorların startaplardan gözləntiləri kimi mövzular ətrafında çıxışlar edilib, müzakirələr aparılıb.
Həmçinin forum çərçivəsində startapların təqdimatları davam edib, iş adamları, investorlar və startaplar arasında ikitərəfli görüşlər keçirilib.
Qeyd edək ki, Next Step İnnovasiya Mərkəzi Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunun sponsoru idi.